







| 4 ədəd Badımcan | |
| 4 ədəd Yumurta | |
| 700 qram Göbələk | |
| 4 ədəd Soğan | |
| Duru Yağ | |
| 4-5 xörək qaşığı Soya Sousu | |
| Qırmızı İstiot |
Göbələkli Badımcan Sote bişirmək bir qədər vaxtınızı alacaq, çünki yumurtalı badımcanı 1-2 saat soyuducuda saxlamaq lazımdır. Amma hazırlanma qaydası asandır. Əvvəlcə soğan və göbələk qovrulur, daha sonra isə hamısı bir araya gətirilərək qızardılır. Reseptində duz əvəzinə soya sousu istifadə edilir, ancaq evdə soya sousu yoxdursa, adi duz ilə bişirə bilərsiz.
Porsiya – 4-5 nəfərlik
1 Hazırdır | Badımcan soyulub yuyulur və kub şəklində doğranır. |
2 Hazırdır 1-2 saat | Ayrı bir qaba yumurtalar qırılıb çəngəllə yaxşıca qarışdırılır, badımcanın üzərinə tökülür, bütün badımcanlara hopacaq şəkildə qarışdırılır və soyuducuda 1-2 saat gözlədilir. |
3 Hazırdır 7-8 dəqiqə | Bu vaxt ərzində badımcanla eyni şəkildə doğranmış göbələk quru bir tavada, ağzı qapalı, suyunu salana qədər (7-8 dəqiqə) qovrulur. |
4 Hazırdır | Göbələk qovrulduqda bir boşqaba tökülür. Həmən tavada isə xırda doğranmış soğan qovrulur. |
5 Hazırdır 10 dəqiqə | Soğan qızılı rəng olduqda soyuducuda gözlədilən yumurtalı badımcan soğanın üzərinə əlavə edilir, 10 dəqiqə sonra isə göbələk və soya sousu əlavə edilib qızardılır. |
6 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil