1 0
Şekerpare

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Şərbəti Üçün
3 stəkan Su
3 stəkan Şəkər Tozu
1/2 çay qaşığı Limon Suyu
Xəmiri Üçün
125 qram Əridilmiş Kərə Yağı otaq istiliyində
2 ədəd İri Yumurta
1,5 stəkan Un az olarsa əlavə edilə bilər
2,5 xörək qaşığı Manna Yarması
2 dolu xörək qaşığı Üyüdülmüş Badam mən üyüdülmüş qoz və fındıq istifadə etdim
4 xörək qaşığı Şəkər Pudrası
1 paket Qabartma tozu
Üstü Üçün
18-20 ədəd Fındıq qabığı soyulmuş

Şekerpare

  • Porsiya 18
  • Orta

Ərzaqlar

  • Şərbəti Üçün

  • Xəmiri Üçün

  • Üstü Üçün

Məlumat

Paylaş

Şekerpare Reseptim

Türklərin ən məşhur şirniyyatlarından biri olan Şekerparenin hazırlanması sadə, tərkibi isə bol kalorilidir. İstər üyüdülmüş badam ilə, istərsə də üyüdülmüş qoz və fındıqla hazırlaya bilərsiniz. Zövqə görə hamısının qarışığı ilə də hazırlana bilər. Mən üyüdülmüş qoz ilə hazırladım və çox dadlı oldu.

Porsiya – 18-20 ədəd

Qeyd: fındığın qabığını özünüz soymaq istəsəz (qabığı soyulmuş şəkildə almasaz), əvvəlcə çay sodalı suda 4-5 dəqiqə gözlədin, qurulayın, sonra quru tavada qabığının rəngi dəyişənədək qovurun və sonda isə bir dəsmalın arasında ovaraq qabığını çıxardın.

Hazırlanması

1
Hazırdır
5-6 dəqiqə

Şərbətini Hazırlamaq Üçün

Su və şəkər tozu 5-6 dəqiqə qaynadılır.

2
Hazırdır
15 dəqiqə

Qaynadıqdan sonra limon suyu əlavə edilir, 15 dəqiqə daha vam odda qaynadılıb ocağın üzərindən götürülür (peçenyelərin üzərinə tökərkən peçenye isti, şərbət isə soyuq olmalıdır).

3
Hazırdır

Xəmirini Hazırlamaq Üçün

Kərə yağı və yumurta qarışdırılır.

4
Hazırdır

Ayrı bir qabda un, manna yarması, badam tozu, şəkər pudrası və qabartma tozu qarışdırılır.

5
Hazırdır

Sonra un olan qarışım digər qarışıma az-az əlavə edilərək ələ yapışmayan yumuşaq xəmir yoğrulur.

6
Hazırdır
170° C, 25-30 dəqiqə

Sobaya Vermək Üçün

Xəmirdən qozdan biraz iri kündələr hazırlanaraq listə aralı düzülür, hər birinin ortasına qabığı soyulmuş fındıq batırılır (biraz dərin batırın, bişdikcə çıxacaq) və əvvəlcədən isidilmiş 170° C sobada üstü qızarana qədər (təxminən 25-30 dəqiqə) nəzarət edilərək bişirilir.

7
Hazırdır

Sobadan çıxardan kimi isə üzərlərinə şərbətin hamısı gəzdirilir və listin üzərinə süfrə salınıb bir neçə saat şətbətininin tam hopmağı üçün gözlədilir.

8
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

pureli kotlet 2
əvvəlki
Sobada Püreli Kotlet
gobelekli badimcan sote1
sonrakı
Göbələkli Badımcan Sote
pureli kotlet 2
əvvəlki
Sobada Püreli Kotlet
gobelekli badimcan sote1
sonrakı
Göbələkli Badımcan Sote

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil