0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Kotleti Üçün
500 qram Sümüksüz Mal Əti
2 ədəd Soğan
4-5 tel Keşniş
Duru Yağ
Duz
Qırmızı İstiot
Püresi Üçün
5 ədəd Kartof
50 qram Kərə Yağı
50 qram Holland Pendiri
1/2 stəkan İlıq Süd
Duz
Su
Pomidor Sousu Üçün
3-4 ədəd Pomidor
1 xörək qaşığı Pomidor Tomatı
2 xörək qaşığı Əridilmiş Kərə Yağı
1 diş Sarımsaq
1 çimdik Duz
Üstü Üçün
150-200 qram Holland Pendiri
2-3 tel Keşniş

Sobada Püreli Kotlet

Tərkibi:
  • ətli
  • 1,5 saat
  • Porsiya 4
  • Orta

Ərzaqlar

  • Kotleti Üçün

  • Püresi Üçün

  • Pomidor Sousu Üçün

  • Üstü Üçün

Məlumat

Paylaş

Sobada püreli kotletin hazırlanması çətin deyil. Kartof suda bişməyə qoyulur. Bişənədək balaca yumru kotletlər qızardılır. Ayrı bir qabda isə pomidor sousu hazırlanır. Sonda isə hamısı bir listdə birləşdirilərib üzərinə rəndələnmiş holland pendiri səpilir və cəmi 7-8 dəqiqə (üstündəki pendir əriyənədək) sobada bişirilir.

Porsiya – 4 nəfərlik

Hazırlanması

1
Hazırdır

Kotleti Üçün

Ət və soğan birlikdə ət çəkən maşından keçirilir.

2
Hazırdır
2-3 dəqiqə

Sonra xırda doğranmış keşniş, duz və istiot əlavə edilib 3-4 dəqiqə yoğrulur.

3
Hazırdır

Sonda isə istənilən böyüklükdə hissələrə ayrılıb yumrulanır və qızıdırılmış yağda ikitərəfli qızardılır.

4
Hazırdır

Püresi Üçün

Kartof yumşalanadək suda bişirilir. (Arada duz əlavə edilir.)

5
Hazırdır

Sonra suyu süzülüb kərə yağı, holland pendiri və süd əlavə edilib yaxşıca əzilir. (Əgər duzu az olmuş olsa əlavə edilir.)

6
Hazırdır

Pomidor Sosusu Üçün

Bütün ərzaqlar yağda biraz qovrulur. (Çox suyunu atanadək bişirməyin, biraz duru qalsın.)

7
Hazırdır
170° C, 7-8 dəqiqə

Sobaya Vermək Üçün

Püre listə tökülüb hər tərəfinə yayılır, kotletlər üzərinə səliqəli bir şəkildə düzülür, biraz içəri batırılır, üzərinə pomidor sousu gəzdirilir və holland pendiri ilə xırda doğranmış keşniş əlavə edilib 170° C sobada pendir əriyənədək (7-8 dəqiqə) bişirilir.

8
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

qatiq sorbasi
əvvəlki
Qatıq Şorbası (Pəhriz Şorba)
sekerpare
sonrakı
Şekerpare
qatiq sorbasi
əvvəlki
Qatıq Şorbası (Pəhriz Şorba)
sekerpare
sonrakı
Şekerpare

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here