1 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
2 stəkan Uzun Düyü
300-350 qram Göbələk
2,5 lt Su
1 silə xörək qaşığı Duz
4-5 xörək qaşığı Əridilmiş Kərə Yağı
Qazmaq Və Dəmə Qoymaq Üçün
2-3 xörək qaşığı Əridilmiş Kərə Yağı
2 ədəd Yumurta
2 xörək qaşığı Qatıq istəyə görə
Süzülmüş Düyü
Qovrulmuş Göbələk
Duz
Zəfəran 1/2 stəkan suda dəmlənmiş
Servis Üçün
Ət istəyə görə

Göbələkli Plov

Tərkibi:
    • 1,5 saat
    • Porsiya 4
    • Orta

    Ərzaqlar

    • Qazmaq Və Dəmə Qoymaq Üçün

    • Servis Üçün

    Məlumat

    Paylaş

    Əminəm ki, göbələkli plovu çoxunuz hazırlamamısınız və yeməmisiniz. Mən də tərəddüdlü hazırladım; dadlı olacaqmı deyə. Və göbələyi çox sevən biri olaraq mənə görə çox dadlı oldu. Bu yeməyi bişirərkən diqqət etməli olduğunuz tək şey göbələyin çox yaxşı qovrulmuş olmağıdır. Suyu tamamilə çəkildikdən sonra göbələyi yaxşıca qovururuq. Həm göbələyi, həm də – əgər ət ilə servis edəcəksinizsə – ətini lazım olan qədər qovurub qızartsanız, dadını çox sevəcəyinizdən əminəm. Fərqlilik edib hazırlayacaq olanların indidən əllərinə sağlıq… 🙂

     

    Porsiya – 4 nəfərlik (Ərzaqların üzərindəki + – butonları ilə avtomatik porsiya da hesaplaya bilərsiniz.)

     

    Qeyd 1: mən servis etdiyim mal ətini əvvəlcə suda bişirib sonra isə yağda 10-15 dəqiqə qovub servis etdim. Elə daha dadlı olur.
    Qeyd 2: qazmağı şəkilli kəsmək istəsəz, süzülmüş düyünü əlavə etməzdən əvvəl kəsin, yoxsa sonra dağıla bilir.

    Hazırlanması

    1
    Hazırdır

    Göbələyi Qovurmaq Üçün

    Göbələk yuyulub biraz iri doğranır və yağda yaxşıca qovrulur. Suyu tamamilə çəkilib, daha sonra isə qızaranadək qovurmaq lazımdır. Arada duz əlavə edilir.

    2
    Hazırdır

    Plovu Bişirmək Üçün

    Su qaynadılır.

    3
    Hazırdır
    15-20 dəqiqə

    Su qaynayanadək ayrı bir tavada doğranmış göbələyə biraz duz əlavə edilib yağda 15-20 dəqiqə qovrulur.

    4
    Hazırdır
    25-30 saniyə

    Qaynayan suya duz və daha sonra düyü əlavə edilib 25-30 saniyə qarışdırılır.

    5
    Hazırdır

    Düyünün bişməyinə az qalmış süzülür və üzərinə 1 stəkan soyuq su gəzdirilir.

    6
    Hazırdır

    Qazmaq üçün həmən qazanda yağ qızdırılır və digər bütün ərzaqlar bir-birinə yaxşıca qarışdırılaraq isinmiş yağa əlavə edilib hər tərəfinə yayılır.

    7
    Hazırdır

    Qazmaq qızardıqda isə üzərinə süzülmüş düyü, zəfəran və yaxşıca qovrulmuş göbələk 2 qat lay şəklində əlavə edilir, araya və üstə də əridilmiş kərə yağı gəzdirilir (göbələyin suyu tamamilə çəkilib yaxşıca qovrulmağına diqqət edin).

    8
    Hazırdır
    35-40 dəqiqə

    Qazanın ağzına süfrə salınıb qapağı örtülür və 35-40 dəqiqə dəmdə gözlədilir.

    9
    Hazırdır

    Servis edərkən istəyə görə ət ilə servis edilə bilər.

    10
    Hazırdır

    Nuş olsun... :)

    Türkan

    Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

    əvvəlki
    Qazan Kotleti
    sonrakı
    Heyvalı Keks
    əvvəlki
    Qazan Kotleti
    sonrakı
    Heyvalı Keks

    Şərh | Sual

    Hal-hazırda internetiniz açıq deyil

    Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here