0 0
Gürcü Lobyası

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
1 kq Lobya
4 xörək qaşığı Əridilmiş Kərə Yağı
4 ədəd Soğan
2 stəkan Qaynar Su
3-4 ədəd Pomidor
6-7 diş Sarımsaq
1 dəstə Petruşka
5-6 yarpaq Reyhan və ya 1/2 çay qaşığı reyhan qurusu
1 desert qaşığı Duz

Gürcü Lobyası

Mətbəx:
  • 1,5 saat
  • Porsiya 4
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Gürcü Lobyasını mən ilk dəfə illər öncə Gürcüstanda olarkən yemişdim və ondan sonra illərlə dadı damağımda qalmışdı. Bir neçə il sonra resepti anamın yadında qaldığı qədəri ilə bişirdim və eynən o cür daddı. Mənim çox sevərək yediyim bir yeməkdir. Daha sonra internetdə orijinal reseptini tapdım və gördüm ki, eyni qayda ilə bişirmişəm, sadəcə olaraq reyhan əksik idi. Qeyd etmək istəyirəm ki, Gürcü Lobyasına xüsusi dadı verən cəfəri (petruşka), reyhan və sarımsaqdır. Mən reyhan istifadə etmədiyim halda belə sadəcə cəfəri və sarımsaq ilə o dadı ala bildim.

Porsiya4-5 nəfərlik

Hazırlanması

1
Hazırdır

Lobyalar 2-3 yerə bölünüb yuyulur.

2
Hazırdır

Soğan doğranır və qızılı rəng olanadək yağda qovrulur.

3
Hazırdır
4-5 dəqiqə

Pomidor soğança ilə birlikdə 4-5 dəqiqə qovrulur.

4
Hazırdır

Sonra su və lobya əlavə edilib bişirilir.

5
Hazırdır

Bişməyinə təxminən 10-15 dəqiqə qalmış isə duz, əzilmiş sarımsaq və xırda doğranmış petruşka əlavə edilib lobya yumuşalanadək bişirilir.

6
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

corek xemiri
əvvəlki
Çörək Xəmiri
lobya
sonrakı
Lobya Qovurması
corek xemiri
əvvəlki
Çörək Xəmiri
lobya
sonrakı
Lobya Qovurması

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here