0 0
Laqman

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
3 ədəd Soğan
300-400 qram Mal Əti istəyə görə
3 ədəd Pomidor
1 xörək qaşığı Pomidor Tomatı
1 ədəd Kök
2 ədəd Şirin Bibər
80-100 qram Lobya
Su varsa, ət suyu
6 ədəd Kartof
150 qram Əriştə
2-3 diş Sarımsaq
1/4 dəstə Keşniş
1/3 çay qaşığı Zirə
Duz
Qırmızı İstiot

Laqman

  • Porsiya 4
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Laqman – Orta Asiya məətbəxinə aid yeməkdir. Əriştə və müxtəlif tərəvəzlərdən hazırlanır. Hazırlanma qaydası şorba şəklindədir; qovrulmuş soğançaya növbə ilə ət, tərəvəzlər , ədviyyatlar və son 10 dəqiqədə isə əriştə və göyərti əlavə edilir.

Porsiya4-5 nəfərlik

Qeyd: bu yemək şorba deyil, biraz sulu yeməkdir.

Hazırlanması

1
Hazırdır

Soğan yağda qızılı rəng olanadək qovrulur.

2
Hazırdır
4-5 dəqiqə

Sonra xırda doğranmış ət əlavə olunub 4-5 dəqiqə soğanla birlikdə qovrulur.

3
Hazırdır
1-2 dəqiqə

Sonra isə sıra ilə xırda doğranmış pomidor/pomidor tomatı, kök, bibər, sarımsaq və lobya əlavə olunub hərəsi soğan ilə birlikdə 1-2 dəqiqə qovrulur.

4
Hazırdır

Sonra su (ət suyu) əlavə edilir və qaynamağa başladıqda xırda doğranmış kartof, duz, istiot və zirə əlavə edilir.

5
Hazırdır
10 dəqiqə

Kartofun bişməyinə təxminən 10 dəqiqə qalmış əriştə əlavə edilir.

6
Hazırdır

Sonda isə kartof bişdikdə xırda doğranmış keşniş əlavə edilir və ocağın üzərindən götürülür.

7
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

ispanaqli pendirli borek dilim
əvvəlki
İspanaqlı, Pendirli Börek
pendirden yolka 3
sonrakı
Pendirdən Yolka
ispanaqli pendirli borek dilim
əvvəlki
İspanaqlı, Pendirli Börek
pendirden yolka 3
sonrakı
Pendirdən Yolka

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil