







Xəmiri Üçün | |
| 20 ədəd Paxlava Yuxası | |
Yuxaları Yağlamaq Üçün | |
| 200 qram Əridilmiş Kərə Yağı | |
Şərbəti Üçün | |
| 1,5 stəkan Su | |
| 1,5-2 stəkan Şəkər Tozu | |
| 1 desert qaşığı Limon Suyu | |
Muhallebisi Üçün | |
| 1 lt Süd | |
| 2 ədəd Yumurtanın Sarısı | |
| 2 xörək qaşığı Un | |
| 3 xörək qaşığı Nişasta | |
| 3 xörək qaşığı Şəkər Tozu | |
| 1/4 çay qaşığı Qara İstiot |
Laz böreyinin digər böreklərdən fərqi şirniyyat olmağıdır. Adından da göründüyü kimi Türkiyənin Karadeniz bölgəsinə aid şirniyyatdır. Paxlava yuuxası, muhallebi, kərə yağı və şərbətdən hazırlanır. Paxlava yuxası əvəzinə milföy xəmiri və muhallebi əvəzinə isə krem istifadə edilərək hazırlanan növləri də var.
Porsiya – 1 list
Qeyd: isti-isti yeyiləndə muhallebisi arasından daşır, ancaq soyuduqda muhallesi də bərkiyir.
1 Hazırdır | Şərbətini Hazırlamaq ÜçünSu və şəkər tozu bir qazanda qaynamağa qoyulur. Şəkər tozu əriyib suyu qaynamağa başladıqda limon suyu əlavə edilib ocağın üzərindən götürülür və hazır qoyulur soyumağa. |
2 Hazırdır | Muhallebisini Hazırlamaq ÜçünBütün ərzaqlar qarışdırılıb ocağın üzərinə qoyulur və bərkiyənədək qarışdıraraq bişirilir. Bərkidikdə ocağın üzərindən götürülür və soyumağı üçün hazır qoyulur. |
3 Hazırdır | Yuxaları Yağlamaq ÜçünAyrı bir qabda kərə yağı vam odda əridilir. |
4 Hazırdır | Sobaya Vermək ÜçünMuhallebi və kərə yağı biraz soyuyub iliq olduqda list isidilib yağlanır. |
5 Hazırdır | Sonra yuxaların yarısı, hər birinin arası ayrı-ayrı yağlanaraq üst-üstə qoyulur (əgər yuxalar listdən böyükdürsə, onda əvvəlcədən qırağa çıxan hissələrini kəsin, çünki üst-üstə yığıldıqda çox qalın olur, qaba yerləşmir) |
6 Hazırdır | Sonra muhallebinin hamısı üstünə əlavə edilib qaşıqla hər tərəfinə yayılır. |
7 Hazırdır | Sonra isə yuxaların qalan yarısı hər birinin arası ayrı-ayrı yağlanaraq üst-üstə qoyulur. |
8 Hazırdır 180° C, 40 dəqiqə | Ən son qoyulan yuxanın üstü də yağlandıqdan sonra iti bir bıçaqla istənilən şəkildə doğranır və 180° C sobada üstü qızaranadək (təxminən 40 dəqiqə) bişirilir. |
9 Hazırdır 5 dəqiqə | Sonda isə sobadan çıxarılan kimi üzərinə tez şərbət tökülür və yenidən sobada 5 dəqiqə bişirilir. |
10 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil