0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Xəmiri Üçün
100-120 qram Marqarin mən kərə yağ istifadə etdim
1 stəkan Qatıq
1 stəkan + 2 xörək qaşığı Şəkər Tozu
1/2 çay qaşığı Çay Sodası
1 silə xörək qaşığı Kakao xəmirin yarısı üçün
1 paket Vanil
Un ala bildiyi qədər
Şəkil Vermək Üçün
Yeməli Qara Muncuq və ya damla şokolad
Ürək Qəlib

Multik Qurabiyə

  • Porsiya 25
  • Orta

Ərzaqlar

  • Xəmiri Üçün

  • Şəkil Vermək Üçün

Məlumat

Paylaş

Ev şəraitində hazırlanan və daha faydalı olan şirniyyatlara uşaqların diqqətini cəlb etmək üçün onların sevdikləri heyvanların, fiqurların və s. bənzəri olan şirniyyatlar hazırlamaq olar. “İt” peçenye nəinki uşaqların, hətta böyüklərin də sevimli şirniyyatı ola bilər… 🙂

Porsiya – 25-30 ədəd

Qeyd: “İtlərin gözləri” üçün yeməli qara muncuq əvəzinə damla şokolad da istifadə edə bilərsiniz.

Hazırlanması

1
Hazırdır

Xəmirini Hazırlamaq Üçün

Marqarin (və ya kərə yağı) vam odda əridilir.

2
Hazırdır

Qatığın içərisinə çay sodası əlavə edilib qarışdırılır və yağın üzərinə əlavə edilir.

3
Hazırdır

Şəkər tozu və vanil əlavə edilib qarışdırılır.

4
Hazırdır

Sonra xəmir 2 hissəyə bölünür, bir hissəsinə kakao əlavə edilib qarışdırılır, digər hissəsi isə sadə qalır.

5
Hazırdır

Sonda isə hər ikisinin üzərinə az-az un əlavə edilərək ələ yapışmayan, yumuşaq xəmir yoğrulur.

6
Hazırdır

Şəkil Vermək Üçün

Hər iki xəmirdən kündələr hazırlanır, yayılır, ürək qəlib ilə kəsilir və şəkildəki kimi düzəldilir.

7
Hazırdır
175° C, 20 dəqiqə

Üzərinə falqa salınır, 175° C sobada təxminən 20 dəqiqə bişirilir.

8
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

alma kok povidlosu uzaqdan
əvvəlki
Alma-Kök Povidlosu
sebit kayseri yaglamasi
sonrakı
Şebit (Kayseri Yağlaması)
alma kok povidlosu uzaqdan
əvvəlki
Alma-Kök Povidlosu
sebit kayseri yaglamasi
sonrakı
Şebit (Kayseri Yağlaması)

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here