










| 10 ədəd Yuxa | |
| 300 qram Holland Pendiri | |
İçlik Üçün | |
| 600 qram Qiymə | |
| 1 stəkan Duru Yağ | |
| 8 ədəd Soğan | |
| 7-8 ədəd Pomidor | |
| 1 desert qaşığı Pomidor Tomatı | |
| 2 ədəd Acı Bibər | |
| 1/4 dəstə Şirin Bibər | |
| 2 çay qaşığı Keşniş | |
| 1 silə xörək qaşığı Kəklik Otu | |
| Duz | |
| Qırmızı İstiot | |
| 1 stəkan Su |
ŞEBİT (KAYSERİ YAĞLAMASI)
Əsl şebit holland pendiri ilə hazırlanmır. Holland pendiri əvəzinə qatıq və əsasən, sarımsaqlı qatıq ilə servis edilir. Ancaq dadı mənə pendirlə daha maraqlı gəldiyi üçün pendirlə hazırladım, çox da dadlı oldu 🙂 Əgər holland pendiri ilə hazırlamasaz, onda sobada 15 dəqiqə bişirməyə də ehtiyac yoxdur. Çünki əsl şebit sobada bişirmədən servis edilir, ancaq holland pendiri ilə hazırladıqda, pendirin əriməyi üçün biraz sobada bişməlidir 🙂 Yuxanı da hazır aldım, ancaq siz istəyə görə evdə özünüz yuxa bişirə bilərsiz 🙂
Porsiya – 1 list
Qeyd: istəyə görə biraz nazik (6-8 ədəd yuxa ilə) hazırlasaz və ya listiniz balaca olsa, o zaman içliyini yuxaya uyğun az bişirin.
1 Hazırdır | İçliyini Hazırlamaq Üçünİçliyini hazırlamaq üçün yağ qızdırılır. |
2 Hazırdır 15 dəqiqə | Üzərinə qiymə əlavə edilib rəngi dəyişənədək (təxminən 15 dəqiqə) qovrulur. |
3 Hazırdır 10-15 dəqiqə | Sonra xırda doğranmış soğan əlavə edilib ət ilə birlikdə 10-15 dəqiqə daha qovrulur. |
4 Hazırdır 10 dəqiqə | Daha sonra xırda doğranmış pomidor və bibərlər əlavə edilib ağzı qapalı 10 dəqiqə bişirilir. |
5 Hazırdır 15 dəqiqə | |
6 Hazırdır | Holland pendiri sürtgəcin iri gözündən keçirilib hazır qoyulur. |
7 Hazırdır | Yeməyi Sobaya Vermək ÜçünYeməyi sobaya vermək üçün 1 yuxa/biraz içlik/biraz holland pendiri şəklində lay-lay listə əlavə edilir (görünüşü qəşəngliyi üçün holland pendirinin çoxunu üstü üçün ayırın) |
8 Hazırdır 200° C, 15 dəqiqə | Ən son layın üzərinə pendir əlavə etməmiş 200 dərəcə sobada bişməyə qoyulur. 7-8 dəqiqə bişdikdən sonra qalan pendir də üzərinə əlavə edilib 7-8 dəqiqə daha bişirilir. |
9 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil