İçlik Üçün | |
200 qram Üyüdülmüş Badam | |
200 qram Şəkər Tozu | |
1 çay qaşığı Üyüdülmüş Hill | |
Xəmiri Üçün | |
1 stəkan İlıq Süd | |
1 çay qaşığı Maya | |
1 xörək qaşığı Şəkər Tozu | |
1 ədəd Yumurta | |
3 dolu xörək qaşığı Qatıq və ya Xama | |
100 qram Kərə Yağı | |
1 xörək qaşığı Sirkə | |
1 çimdik Duz | |
Xımirlərin Arasını Yağlamaq Üçün | |
200 qram Kərə Yağı |
Milli mətbəximizin və Novruz süfrələrinin bəzəyi...
Badambura (badamlı borucuq) – milli mətbəximizin ən məşhur şirniyyatlarından biridir. Novruz süfrələrinin və gəlin xonçalarının bəzəyidir. Hazırlanma qaydası biraz yurucudur. Novruz şirniyyatlarından olan paxlava, şəkərbura, kətə/siqaret ve s. hazırlamaq badambura hazırlamaqdan daha sadədir. Amma əlimdən gəldiyi qədər ətraflı izah etdim, mərhələlərin şəkillərini yerləşdirdim ki, çox asanlıqla hazırlaya biləsiniz.
Porsiya – 16 ədəd
1 Hazırdır | İçliyini Hazırlamaq ÜçünLəpə, şəkər tozu və hill qarışdırılır. |
2 Hazırdır | Xəmirini Hazırlamaq ÜçünƏvvəlcə kərə yağı vam odda əridilib ilınmağı üçün hazır qoyulur. |
3 Hazırdır 5-10 dəqiqə | Sonra süd, maya və şəkər tozu qarışdırılıb 5-10 dəqiqə gözlədilir. |
4 Hazırdır | Sonra yumurta, qatıq (və ya xama), ilınmış kərə yağı, sirkə və duz əlavə edilib qarışdırılır. |
5 Hazırdır | Daha sonra 3 stəkan un əlavə edilib qarışdırılır. |
6 Hazırdır 5-10 dəqiqə | Sonra qalan un az-az əlavə edilərək ələ yapışmayan, yumşaq xəmir yoğrulur. Üstü örtülü 5-10 dəqiqə gözlədilir (xəmir mayalandırılmayacaq). |
7 Hazırdır | Sonda isə xəmirdən 6 bərabər kündə hazırlanır. |
8 Hazırdır | Xəmirlərin Arasını Yağlamaq ÜçünKərə yağı vam odda əridilib hazır qoyulur. |
9 Hazırdır | Badamburaları Hazırlamaq ÜçünKündələrin hamısı eyni böyüklükdə yayılır (mümkün qədər nazik yayılmalıdır). |
10 Hazırdır | |
11 Hazırdır | |
12 Hazırdır | |
13 Hazırdır 30 dəqiqə | Əvvəlcədən isidilmiş 170° C sobada içi bişib altı qızaranadək (təxminən 30 dəqiqə) nəzarət edilərək bişirilir. (üstü ağ qalmalıdır) |
14 Hazırdır 15 dəqiqə | Servis Etmək ÜçünBişdikdən 15 dəqiqə sonra isə balaca ələk ilə üzərlərinə şəkər pudrası səpilib servis edilir. |
Hal-hazırda internetiniz açıq deyil