0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
600 qram Badımcan
600 qram Pomidor
300 qram Şirin Bibər zövqə görə 1-2 ədəd acı bibər də istifadə edə bilərsiz
200 qram Kök
200 qram Soğan
1/4 dəstə Petruşka
2-3 diş Sarımsaq
80-90 qram Duru Yağ
Duz
Qırmızı İstiot

Badımcan Kürüsü (İkra)

  • Porsiya 1
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Badımcan kürüsünü yay aylarında bişirib yeyə də bilərsiniz, qışa hazırlıq üçün qablaşdıra da bilərsiniz. Hazırlanması çox sadədir. Soğan, sarımsaq və göyərti xaric, bütün ərzarları ət çəkən maşından keçiririk, qovrulmuş soğançaya əlavə edib 1 saat ağzı qapalı bişiririk. Son 10 dəqiqədə isə göyərti və sarımsaq əlavə edirik. Bu qədər sadədir.

Porsiya – 1 kq-lıq banka (4 nəfərlik)

Hazırlanması

1
Hazırdır

Soğan xırda doğranıb yağda qızılı rəng olanadək qovrulur.

2
Hazırdır
1 saat

Soyulmuş badımcan, pomidor, kök və içi təmizlənmiş bibər ət çəkən maşından keçirilir, qarışdırılır və qovrulmuş soğana əlavə edilir. Duz və istiot tökülüb ağzı qapalı şəkildə, normal odda 1 saat bişirilir.

3
Hazırdır
10 dəqiqə

Bişməyinə 10 dəqiqə qalmış xırda doğranmış petruşka və xırda doğranmış sarımsaq əlavə edilir (istəyə görə sarımsaq sürtgəcin kiçik gözündən keçirilə də bilər)

4
Hazırdır
20-25 dəqiqə

Banka Bağlamaq Üçün

Əgər banka bağlanacaqsa, bankaya doldurulur, ağzına dəmir qapaq qoyulur və su hamamında (dibinə dəsmal qoyulmuş su dolu qazanda) 20-25 dəqiqə qaynadılır (su bankanın ağzından 3-4 sm aşağıda olmalıdır).

5
Hazırdır
7-8 saat

Qaynadıqdan sonra isə qapağı banka bağlayan ilə kip bağlanır və tərs çevirib yerə qoyulur (7-8 saat o şəkildə qaldıqdan sonra düz çevirə bilərsiz)

6
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

yarpaq dolmasi
əvvəlki
Yarpaq Dolması
alma kok povidlosu uzaqdan
sonrakı
Alma-Kök Povidlosu
yarpaq dolmasi
əvvəlki
Yarpaq Dolması
alma kok povidlosu uzaqdan
sonrakı
Alma-Kök Povidlosu

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here