0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
8 ədəd Yuxa list böyüklükdə
İçlik Üçün
250-300 qram Mal Əti
2 ədəd Soğan
4 ədəd Kartof
2-3 xörək qaşığı Əridilmiş Kərə Yağı
1 desert qaşığı Pomidor Tomatı
1 silə desert qaşığı Duz təxmini
1/3 çay qaşığı Qırmızı İstiot istəyə görə az və ya çox da ola bilər
Sousu Üçün
2 ədəd Yumurta
2 xörək qaşığı Qatıq
2 xörək qaşığı Süd olmasa da olar
1/2 stəkan Duru Yağ
Üstü Üçün
20 qram Küncüt istəyə görə

Ətli Və Kartoflu Börek

Tərkibi:
  • ətli
Mətbəx:
  • Porsiya 32
  • Orta

Ərzaqlar

  • İçlik Üçün

  • Sousu Üçün

  • Üstü Üçün

Məlumat

Paylaş

Türk mətbəxinin məşhur böreklərindən biri də ətli və kartoflu börekdir. Qısa vaxt ərzində dadlı və ləzzətli yemək hazırlamaq istəyirsinizsə, bu böreyi hazır yuxa ilə bişirə bilərsiniz. Zövqə görə mal, qoyun, yaxud toyuğun döş əti ilə hazırlanır.

Porsiya – 32 dilim

Hazırlanması

1
Hazırdır

İçlik Hazırlamaq Üçün

Əvvəlcə ət və soğan ət çəkən maşından keçirilir.

2
Hazırdır
20 dəqiqə

Sonra yağ əlavə edilib ağzı qapalı 20 dəqiqə bişirilir.

3
Hazırdır
10 dəqiqə

Daha sonra rəndələnmiş kartof, duz, istiot və tomat əlavə edilib 10 dəqiqə daha bişirilir.

4
Hazırdır

Sousu Hazırlamaq Üçün

Bütün ərzaqlar bir qabda yaxşıca qarışdırılır.

5
Hazırdır

Siqaret Dilimləri Hazırlamaq Üçün

Yuxaların hər biri "+" şəklində 4 hissəyə bölünür.

6
Hazırdır

Hər birinin arasına sous çəkilib 1 çay qaşığı içlik qoyulur və siqaret şəklində bükülür.

7
Hazırdır
180° C, 30 dəqiqə

Qalan hamısı da eyni qaydada hazırlanıb yağlanmış listə düzülür, üzərlərinə sous şəkilir, küncüt səpilir və 180° C sobada üstü qızaranadək (təxminən 30 dəqiqə) bişirilir.

8
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

yeni il pecenyeleri 1
əvvəlki
Yeni İl Qurabiyələri
cupcakelerden yolka 1
sonrakı
Kapkeklərdən Yolka
yeni il pecenyeleri 1
əvvəlki
Yeni İl Qurabiyələri
cupcakelerden yolka 1
sonrakı
Kapkeklərdən Yolka

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here