0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
0,5 kq Qoyun Əti
1/2 stəkan Noxud
Su
5 ədəd Kartof
3 ədəd Soğan
Duz təxmini
1 ədəd Pomidor
1 çay qaşığı Bibər Tomatı
1/4 çay qaşığı Qırmızı İstiot
1/4 çay qaşığı Sarıkök

Piti

Tərkibi:
  • ətli
  • Porsiya 4
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Piti – Azərbaycan mətbəxinə və Türkiyənin Şərqi Anadolusuna (əsasən də Kars bölgəsinə) aid bir yeməkdir. Bəzi bölgələrdə, əsasən də Iğdır və ətraf bölgələrdə bu yeməyə Bozbaş da deyilir. Əsas ərzaqları qoyun əti, noxud və bəzi bölgələrdə lavaşdır. Ət və gecədən isladılmış olan noxud birlikdə saxsı qabda və ya qazanda bişirilir. Daha sonra isə soğan və kartof əlavə edilir. Türkiyənin bəzi bölgələrində lobya və dolmalıq bibər də əlavə olunur. Servis edərkən yeməyin altına lavaş döşənir və ya suyuna çörək doğranır.

Porsiya4-5 nəfərlik

Hazırlanması

1
Hazırdır
2-3 saat

Yeməyi bişirməyə başlamamışdan öncə yumuşalmağı üçün noxud təxminən 2-3 saat suda gözlədilir.

2
Hazırdır

Bişirməyə başladıqda əvvəlcə ətin üzərinə çıxacaq qədər su tökülüb ocağın üzərinə qoyulur.

3
Hazırdır
2,5-3 saat

Ətin kəfi yığıldıqdan sonra (təxminən 15-20 dəqiqə sonra) 4 yerə bölünmüş soğan və suyu süzülmüş noxud əlavə edilib təxminən 2,5-3 saat bişirilir. Bu müddətdə isə arada duz əlavə olunur.

4
Hazırdır

Ət və noxud bişdikdən sonra isə bölünmüş kartof əlavə edilir.

5
Hazırdır

Sonra isə duz, sarıkök, doğranmış pomidor və bibər tomatı əlavə edilib kartof yumuşalanadək bişirilir.

6
Hazırdır

İstəyə görə suyu süzülüb, ətin sümüyü çıxardılıb toxmaqla döyülə də bilər (4-cü şəkil).

7
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

pizza ve lahmacundan ayi 1
əvvəlki
Pizza Və Lahmacundan Ayı
baliq qizartmasi yandan 1
sonrakı
Balıq Qızartması
pizza ve lahmacundan ayi 1
əvvəlki
Pizza Və Lahmacundan Ayı
baliq qizartmasi yandan 1
sonrakı
Balıq Qızartması

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here