










Biskviti Üçün | |
| 6 ədəd Yumurta | |
| 1 stəkan Şəkər Tozu | |
| 1/4 stəkan Qaynar Su | |
| 1,5 stəkan Un | |
| 1 paket Vanil | |
| 1 paket Qabartma tozu | |
Biskvitləri İslatmaq Üçün | |
| 6 xörək qaşığı Süd | |
Kremi Üçün | |
| 250 qram Kərə Yağı | |
| 570 qram Qatılaşdırılmış Süd | |
| 2,5 stəkan Kakos | |
Üstü Üçün | |
| 1-1,5 stəkan Kakos | |
| "Rafaello" | |
| Fındıq |
Rafaello sevənlərin, yəni çoxlarının zövq alaraq yeyəcəyi bir tort… 🙂 Həm ağappaq, qar kimi görünüşü ilə süfrənizdə bəzək kimi duracaq, həm də özünüz də, qonaqlarınız da çox sevərək yeyəcəksiniz. 🙂 Əgər üzərinə düzəcəyiniz Rafaelloları hazır alsaz, çox az vaxt sərf etməklə hazırlaya bilərsiniz. Çünki sous və s. hazırlamağa ehtiyac olmayan, sadəcə biskvit və krem hazırlamaqla əsas işi bitmiş olan bir tortdur; Rafaellolar isə hazır üzərinə düzülür. Ancaq əgər istəsəz, 20-30 dəqiqə artıq vaxt sərf etməklə Rafaelloları da ev şəraitində özünüz hazırlaya bilərsiniz. (saytda Rafaello resepti də var.) Ancaq özünüz hazırlasaz, 20-30 dəqiqə hazırlama müddətindən əlavə soyuducuda 7-8 saat gözlədilmə müddəti də olacaq; 1 gün öncədən hazırlasaz, sizin üçün daha asan olar.
Diametri – 25 sm, 1 biskvit (3 hissəyə bölünmüş)
1 Hazırdır 8-10 dəqiqə | Biskviti ÜçünYumurta və şəkər tozu birlikdə 8-10 dəqiqə çalınır. |
2 Hazırdır | Sonra su əlavə edilib qarışdırılır. |
3 Hazırdır | Ayrı bir qabda un, vanil və qabartma tozu qarışdırılır. |
4 Hazırdır 25 dəqiqə | Sonra un olan qarışım digər qarışıma az-az ələnərək yavaş-yavaş qarışdırılır və yağlanşmış listə tökülüb 170° C sobada içi bişənədək (təxminən 25 dəqiqə) nəzarət edilərək bişirilir. |
5 Hazırdır | Kremi ÜçünKərə yağı və qatılaşdırılmış süd krem halına gələnədək (təxminən 15 dəqiqə) mikserlə çalınır. |
6 Hazırdır | Sonra isə kakos əlavə edilib yaxşıca qarışdırılır. |
7 Hazırdır | Tortu Bəzəmək ÜçünBiskvit soyuduqdan sonra isə tort bəzədilir. Bikvit 3 hissəyə bölünür, isladılır, kremlənir. Son qatına da krem çəkdikdən sonra üzərinə və kənarlarına kakos səpilib üstü rafaello və istəyə görə doğranmış fındıq ilə bəzədilir. |
8 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil