







| 8 ədəd Yuxa | |
İçlik Üçün | |
| 2-3 dolu xörək qaşığı Əridilmiş Kərə Yağı | |
| 2 ədəd Soğan | |
| 1 xörək qaşığı Pomidor Tomatı | |
| 1 silə çay qaşığı Qırmızı İstiot | |
| 1 silə desert qaşığı Duz | |
| 5 ədəd Kartof | |
| 5 ədəd Kök | |
| 280-300 qram Yaşıl Noxud | |
| 1 ədəd Şirin Bibər | |
| 100 qram Göbələk | |
Sousu Üçün | |
| 2 ədəd Yumurta | |
| 3 xörək qaşığı Qatıq | |
| 1/2 stəkan Duru Yağ |
1 Hazırdır | İçlik ÜçünKartof və kök suda bişirilir, xırda-xırda doğranıb hazır qoyulur. |
2 Hazırdır | Göbələk tərtəmiz yuyulub xırda-xırda doğranır, hazır qoyulur. |
3 Hazırdır | Yaşıl noxudun üstündən su axıdılıb hazır qoyulur. |
4 Hazırdır | Soğanlar doğranıb yağda qızılı rəng olanadək qovrulur. |
5 Hazırdır 5 dəqiqə | Sonra pomidor tomatı və istiot, 3 dəqiqə sonra isə xırda doğranmış bibərlər əlavə edilib 5 dəqiqə daha qovrulur. |
6 Hazırdır | Sonda isə ocağın üzərindən götürülür, bişirilib hazır qoyulan kartof, kök, göbələk və yaşıl noxud duzlanaraq soğançanın üzərinə əlavə edilir və yaxşıca qarışdırılır. |
7 Hazırdır | Sousu ÜçünBütün ərzaqlar qarışdırılır (bu sous böreyin xırçıltılı olmağı üçündür) |
8 Hazırdır | Sobaya Vermək ÜçünBörekləri hazırlamaq üçün yuxalardan biri götürülür, + şəklində kəsilib 4 yerə bölünür, hər birinin arasına fırça ilə sous çəkilir və 1-1,5 çay qaşığı içlik qoyulub siqaret şəklində bükülür. |
9 Hazırdır 180° C, 30 dəqiqə | Sonda siqaret dilimlərin hamısı yağlanmış listə düzülür, hamısının üzərinə sous çəkilir (sous həm tək-tək aralarına, həm də üzərlərinə çəkilir) və 180° C sobada üstü qızaranadək (təxminən 30 dəqiqə) bişirilir. |
10 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil