0 0
Küftə

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Küftələr Üçün
0,5 kq Mal Əti
3 ədəd Soğan
Su varsa ət suyu
1 ədəd Yumurta
1/4 stəkan Yumru Düyü
1 çay qaşığı Alça Turşusu və ya istəyə görə hər küftənin içərisinə 1 ədəd albuxara və ya alça qurusu
1 ədəd Pomidor və ya 1 çay qaşığı pomidor
2-3 tel Keşniş
2-3 tel Şüyüd
2-3 tel Nanə
2-3 tel Kəvər
Bibər istəyə görə
Duz
Qırmızı İstiot
Sarıkök
Suyu Üçün
1 xörək qaşığı Yağ ət suyu istifadə olunacaqsa, yağa ehtiyac yoxdur
5 ədəd Kartof
Duz
İstiot
Sarıkök

Küftə

Tərkibi:
  • ətli
Mətbəx:
  • 2 saat
  • Porsiya 4
  • Orta

Ərzaqlar

  • Küftələr Üçün

  • Suyu Üçün

Məlumat

Paylaş

Azərbaycan mətbəxinin ən məşhur yeməklərindən olan Küftə (Küftə Bozbaş) qonşu ölkələrin mətbəxində də geniş istifadə olunur. Şorbalar qrupuna aid olan bu yeməyi çox vaxt əsas yemək kimi (küftələri iri, suyu az) bişirilər. Sizinlə paylaşdığım da şorba deyil, duru xörəkdir. Müxtəlif bölgələrdə noxudlu, yaxud noxudsuz bişirilir.

Porsiya – 4-5 nəfərlik

Hazırlanması

1
Hazırdır

Küftələr Üçün

Ət və soğan ət çəkən maşından keçirilir.

2
Hazırdır

Üzərinə yumurta, artlanıb yuyulmuş düyü, alça turşusu (istəyə görə) və xırda doğranmış pomidor əlavə edilir.

3
Hazırdır

Sonra yuyulub xırda doğranmış göyərti əlavə edilir.

4
Hazırdır

Daha sonra duz, istiot və sarıkök əlavə edilib ilə yaxşıca yoğrularaq qarışdırılır.

5
Hazırdır

Sonda isə əl biraz isladılır, küftələrin içərisinə istəyə görə albuxara və ya alça qurusu qoyulub yumrulanır.

6
Hazırdır

Suyu Üçün

Su (ət suyu) qaynadılır.

7
Hazırdır
30-35 dəqiqə

Qaynamağa başladıqda küftələr suya əlavə edilir və təxminən 30-35 dəqiqə suda qaynadılır (arada kəfi yığılır)

8
Hazırdır

Sonra yuyulub bölünmüş kartof əlavə edilir.

9
Hazırdır

Bişənə yaxın isə duz, istiot, sarıkök və yağ əlavə edilib kartof yumuşalanadək bişirilir.

10
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

kartoflu borek
əvvəlki
Kartoflu, İspanaqlı Börek
terevezli siqaret borek 1
sonrakı
Tərəvəzli Siqaret Börek
kartoflu borek
əvvəlki
Kartoflu, İspanaqlı Börek
terevezli siqaret borek 1
sonrakı
Tərəvəzli Siqaret Börek

2 Şərh Göstər / Bağla

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here