0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
8 ədəd Börek Xəmiri list böyükolükdə
İçlik Üçün
4 ədəd Kartof
1 çay qaşığı Duz təxmini
2 ədəd Soğan
2 dolu xörək qaşığı Əridilmiş Kərə Yağı
2 xörək qaşığı Pomidor Tomatı
2 silə çay qaşığı Qırmızı İstiot bu miqdarda qırmızı istiotla çox acı olur, istəyə görə daha az istifadə edə bilərsiz
1 dəstə İspanaq
Sousu Üçün
2 ədəd Yumurta
3 xörək qaşığı Qatıq
1/2 stəkan Duru Yağ

Kartoflu, İspanaqlı Börek

Mətbəx:
  • Porsiya 1
  • Orta

Ərzaqlar

  • İçlik Üçün

  • Sousu Üçün

Məlumat

Paylaş

Porsiya – 1 list

Hazırlanması

1
Hazırdır

İçliyi Üçün

Kartoflar soyulub yuyulur, üzərinə çıxacaq qədər su əlavə edilir və yumuşalanadək bişirilir (arada duz əlavə edilir)

2
Hazırdır

Ayrı bir qazanda soğanlar yağda qızılı rəng olanadək qovrulur.

3
Hazırdır
2-3 dəqiqə

Sonra pomidor tomatı əlavə edilib soğança ilə birlikdə 2-3 dəqiqə qovrulur.

4
Hazırdır

Sonra qırmızı istiot və bişmiş kartoflar soğançaya əlavə edilir, əzilib püre halına gəririlir.

5
Hazırdır

Daha sonra isə doğranıb yuyulmuş ispanaq püreyə əlavə edilib qarışdırılır.

6
Hazırdır

Sousu Ücün

Yumurta, qatıq və duru yağ yaxşıca qarışdırılır (bu sous böreyin xırçıltılı olmağı üçündür)

7
Hazırdır

Sobaya Vermək Üçün

Sonra list isidilib yağlanır, yuxaların yarısı hər birinin arasına fırça ilə sous çəkilərək üst-üstə qoyulur. İçliyin hamısı əlavə edilir və qaşıqla hər tərəfinə yayılır və yuxaların qalan yarısı da hər birinin arasına sous çəkilərək üst-üstə qoyulur.

8
Hazırdır
180° C, 30 dəqiqə

Son yuxanın üzərinə də sous çəkdikdən sonra 180° C sobada üstü qızaranadək (təxminən 30 dəqiqə) bişirilir.

9
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

lobya
əvvəlki
Lobya Qovurması
kufte yaxindan
sonrakı
Küftə
lobya
əvvəlki
Lobya Qovurması
kufte yaxindan
sonrakı
Küftə

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here