0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
5 ədəd Badımcan
5 ədəd Bibər
5 ədəd Pomidor
İçlik Üçün
0,5 kq Mal Və Ya Qoyun Əti sümüksüz
2-3 ədəd Soğan
1/2 çay qaşığı Duz təxmini
1/2 çay qaşığı Sarıkök
1/4 çay qaşığı Qara İstiot
1/4 stəkan Düyü
1/4 dəstə Reyhan
1 stəkan Su

Badımcan, Pomidor, Bibər Dolması

Tərkibi:
  • ətli
Mətbəx:
  • 2 saat
  • Porsiya 5
  • Orta

Ərzaqlar

  • İçlik Üçün

Məlumat

Paylaş

Bu gün sizinlə badımcan dolması resepti paylaşıram. Bişirilməyi bir qədər vaxt almağına baxmayaraq, badımcan dolması tərəvəz mövsümündə Azərbaycan mətbəxində  ən çox hazırlanan və ən ləzzətli yeməklərdən biridir. Evimizdə təşkil etdiyimiz hər cür şənliklərin, ad günlərin, bəzən isə toy şənliklərinin də bəzəyidir.

Porsiya5 nəfərlik

Hazırlanması

1
Hazırdır

İçliyini Hazırlamaq Üçün

Ət və soğan birlikdə ət çəkən maşından keçirilir.

2
Hazırdır

Duz, sarıkök və istiot əlavə edilib ocağın üzərində suyu çəkilib yağa düşənədək (təxminən 30 dəqiqə) bişirilir.

3
Hazırdır

Biraz soyuduqdan sonra düyü və yuyulub doğranmış reyhan əlavə edilir.

4
Hazırdır
15 dəqiqə

Tərəvəzləri Hazırlamaq Üçün

Sonra badımcanların saplaqları kəsilir, "qarnı" uzununa 2-3 sm kəsilir və qaynayan suda təxminən 5-10 dəqiqə pörtlədilib soyudulur (soyumağı üçün soyuq suya salmaq olmaz). Soyuduqdan sonra 2 ovucun arasında ovulur və içi təmizlənir.

5
Hazırdır

Sonra pomidorların və bibərlərin "başları" yumruvari (bibərdən/pomidordan ayırmamaq şərti ilə) kəsilir və içi təmizlənir.

6
Hazırdır

Dolmaları Hazırlamaq Üçün

Bütün tərəvəzlərin içi duzlanıb istiotlanır. Sonra içlərinə içlik doldurulub tavaya üst-üstə gəlməmək şərti ilə düzülür.

7
Hazırdır

Sonra tavaya 1 stəkan su tökülür, suyu çəkilib yağa düşənədək bişirilir.

8
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

makaron
əvvəlki
Makaron
kuku 3
sonrakı
Kükü
makaron
əvvəlki
Makaron
kuku 3
sonrakı
Kükü

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here