Ərzaqlar
- 0,5 kq Qoyun Əti
- 1 kq Kələm
- 3 ədəd Soğan
- 1/4 dəstə Keşniş
- 1/4 dəstə Şüyüd
- 1/4 dəstə Reyhan
- 1/4 dəstə Kəvər
- 1 çay qaşığı Alça Turşusu
- 1 çay qaşığı Pomidor Tomatı
- 1 stəkan Qaynar Su
- 2 xörək qaşığı Yumru Düyü
- Duz
- İstiot
- Sarıkök
Servis Üçün
- Pomidor Sousu
Məlumat
Kələm dolması – Azərbaycan mətbəxində ən çox məşhur olan üç dolma növündən biridir. Hər bölgədə fərqli reseptlərlə bişirilir. Bu paylaşdığım resept noxudlu, şirəli və s. deyil, sadə reseptidir.
Porsiya – 4-5 nəfərlik
Hazırlanması
1 Hazırdır 5-10 dəqiqə | Qaynayan duzlu suya kələmin yarpaqları salınıb 5-10 dəqiqə pörtlədilir. (Pörtlətmə müddəti kələmin bərkliyinə görə dəyişir.) |
2 Hazırdır | Ət və soğan birlikdə ət çəkən maşından keçirilir. |
3 Hazırdır | Yuyulub xırda doğranmış göyərti əlavə edilir. |
4 Hazırdır | Düyü yuyulub əlavə edilir. |
5 Hazırdır | Alça turşusu, tomat və 1/2 stəkan qaynar qarışdırılıb əlavə edilir. |
6 Hazırdır | Duz, istiot və sarıkök də əlavə edilib əl ilə yoğrularaq yaxşıca qarışdırılır. |
7 Hazırdır 3-5 dəqiqə | Sonda isə kələm yarpaqları 2-3 yerə bölünür, zoğlu yeri kəsilib tullanır, arasına içlik qoyulub bükülür, qazana yığılır və 1/2 stəkan su əlavə edilib ağzı qapalı bişirilir. |
8 Hazırdır | Servis Etmək Üçünİstəyə görə üzərinə yağda qovrulmuş pomidor çığırtması tökülüb servis edilir. |
9 Hazırdır | Nuş olsun... :) |













2 Şərh Göstər / Bağla
Bes yağ
Ne qeder vurulur?
Salam,
Əgər ətə quyruq qatacaqsınızsa yağa ehtiyac yoxdur. Ancaq quyruq qatmayacaqsınızsa bu reseptdə təxminən 2-3 xörək qaşığı əridilmiş kərə yağı istifadə edə bilərsiniz.